AZ

“Leykers”in səhmlər paketi 10 milyarda satıldı!

Bass ailəsi MBA klublarından “Leykers”in səhmlərinə nəzarət paketinin “TWG Global” holdinqinin baş direktoru və sədri Mark Uolterə satışını razılaşdırıb. Sövdələşmənin dəyəri 10 milyard dollardı.

“Yahoo Sports” iddia edir ki, bu, dünyada peşəkar idman klubunun satışı ilə bağlı ən böyük sövdələşmədi. Əvvəlki rekord “Boston”un 6,1 milyard dollara satılması idi.

1979-cu ildən klubun sahibi olan Bass ailəsi müəyyən müddət ərzində səhmlərin 15 faizini özündə saxlayacaq. Cinni Bass isə satış gerçəkləşəndən sonra da klubun rəhbəri səlahiyyətlərini yerinə yetirəcək.

“Leykers” 2024/25 mövsümündə 50 qələbə və 32 məğlubiyyət ilə Qərb konfransında 3-cü yeri tutub, amma 1/8 finalda “Minnesota”ya uduzmaqla (1:4) mübarizəni dayandırıb.

Seçilən
24
1
football-plus.az

2Mənbələr