AZ

Rusiya mobil cihazların IMEI-nin dəyişdirilməsini qadağan etməyi planlaşdırır

Rusiyada istifadəçilərə mobil cihazların identifikasiya nömrələrini (IMEI) dəyişmək qadağan ediləcək...

Poliqon xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi tərəfindən hazırlanmış “Rabitə haqqında” federal qanuna dəyişikliklərə istinadən məlumat yayıb.

Nazirliyin təklif etdiyi düzəlişlər kibercinayətkarlıqla mübarizəyə yönəlmiş iri qanun layihəsinin tərkib hissəsidir. Buna uyğun olaraq, mobil cihazların vahid məlumat bazasının yaradılması və unikal nömrələrin qara siyahılarının tətbiqi nəzərdə tutulur.

Sənəddə qeyd edilir ki, şəxsiyyəti müəyyənləşdirən və ya qanunsuz hərəkətlər törətməsi haqqında məlumatların etibarsızlıq əlamətləri olduqda, bu barədə məlumat hüquqpozmalara qarşı mübarizə üzrə dövlət informasiya sisteminə ötürülür.

Poliqon.info 

Seçilən
21
poliqon.info

1Mənbələr