AZ

Azərbaycanlı jurnalist sual verdi, prezident açıqladı - O, artıq çempion deyil

İyunun 21-də “UFC Fight Night Baku” tədbirinin mətbuat konfransında ağır çəki divizionunda uzun müddətdir davam edən qeyri-müəyyənliklərə son qoyan əlamətdar açıqlama verilib.

Sportinfo.az xəbər verir ki, UFC prezidenti Dana Uayt Real TV-nin reportyoru Seyhan Əlizadənin verdiyi sualın cavabında Con Consun artıq UFC ağır çəki çempionu olmadığını və kəmərin rəsmi olaraq Tom Aspinalla keçdiyini bəyan edib.

Sual belə idi: “Siz Con Consa Tom Aspinall ilə döyüşmək üçün vaxt qoydunuz və əks halda kəməri itirə biləcəyini bildirdiniz. Bu proses davam edərkən, qərar vermək üçün hansı meyarlara əsaslanırsınız: Con Consun peşəkar döyüşçü orsini qorumaq, yoxsa divizionun aktivliyini təmin etmək?”

Dana Uayt cavabında Consun artıq çempion kimi tanınmadığını və ağır çəki kəməri rəsmi olaraq Tom Aspinalla məxsus olduğunu qeyd edib.

Bu açıqlama UFC-nin rəsmi sosial media hesablarında yayılıb və Tom Aspinall da şəxsi hesabında yeni statusunu təsdiqləyib. Hadisə ESPN, “MMA Fighting” və digər beynəlxalq idman medialarında geniş əks-səda tapıb.

Bakıdakı UFC tədbiri təkcə döyüşlərlə deyil, divizionun gələcəyini müəyyən edən qərarların verildiyi məkan kimi yadda qalıb. Bu sual və verilən cavab isə uzun müddət davam edən qeyri-müəyyənliyi aradan qaldırıb.

Seçilən
31
sportinfo.az

1Mənbələr