AZ

Rusiya nüvə fəlakəti ilə bağlı xəbərdarlıq edib və ABŞ-nin siyasətini tənqid edib

“Yaxın Şərqdə deeskalasiya olmadan bütün dünya özünü nüvə fəlakətinin astanasında tapa bilər”.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, ABŞ öz hərəkətləri ilə Pandoranın qutusunu açıb və bunun hansı yeni nəticələrə səbəb ola biləcəyini heç kim bilmir:

Nebenzya ABŞ-nin gecə vaxtı İran obyektlərinə endirdiyi zərbələrlə daha da gərginləşən Yaxın Şərqdə vəziyyətin son dərəcə təhlükəli inkişafına işarə edib:

“Rusiya Amerika Birləşmiş Ştatlarının suveren dövlət və Birləşmiş Millətlər Təşkilatının üzvü olan İrana qarşı törətdiyi məsuliyyətsiz, təhlükəli və təxribat xarakterli hərəkətləri ən kəskin şəkildə pisləyir. Xatırlatmaq istərdim ki, heç kim ABŞ-a belə hərəkətlərə icazə verməyib. Biz israrla amerikalı həmkarlarımıza İranın nüvə proqramı ilə bağlı ziddiyyətlərin dinc, qarşılıqlı məqbul həll yollarını tapmaq üçün vasitəçilik xidmətlərimizi təklif etdik.

Amma bizim amerikalı həmkarlarımızın bu gün diplomatiyaya ehtiyacı yoxdur. Bunun məsuliyyəti Amerika rəhbərliyinin üzərinə düşür. ABŞ İrana zərbələri ilə beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını bir daha nümayiş etdirdi”.

Diplomat əlavə edib ki, ABŞ hegemonluğunu qorumaq üçün istənilən cinayəti törətməyə və beynəlxalq hüququ pozmağa hazır olduğunu təsdiqləyib:

“Vaşinqton regionda və onun hüdudlarından kənarda çoxlu sayda mülki əhalinin, o cümlədən qadınların və uşaqların həyatı və sağlamlığı üçün radioloji nəticələrdən və ya təhlükədən qətiyyən narahat deyil. Qərbi Qüdsün ardınca onlar (ABŞ-da – Qeyd) özlərini ədalət mühakiməsini istədikləri kimi həyata keçirmək hüququna malik olan ali hakim kimi təsəvvür edirdilər. Beləliklə, ABŞ dünyada hegemonluqlarını qorumaq üçün istənilən cinayəti törətməyə, beynəlxalq hüququ pozmağa hazır olduqlarını təsdiqləyir”.

Seçilən
37
3
report.az

10Mənbələr