AZ

ABŞ təyyarələri İranı bombaladı

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr nəticəsində xəsarət alanlar var. “Yeni Sabah” xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsində yazıb.

Xəsarət alanlarda radiasiya şüalanması əlamətlərinin olmadığı qeyd edilir. "Bir neçə il əvvəl Səhiyyə Nazirliyi nüvə obyektlərinə ən yaxın tibb müəssisələrində fövqəladə nüvə halları üçün mərkəzlər təşkil edib. Xoşbəxtlikdən, ABŞ-nin bombardmanlarından sonra bu mərkəzlərə göndərilən zərərçəkənlərin heç birində radiasiya ilə şüalanma izləri olmayıb", - Kermanpur vurğulayıb.

Bundan başqa, İsrailin İranın şərqindəki Yəzd əyalətinə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi həlak olub. Məlumata görə, SEPAH döyüşçülərindən əlavə, iki çağırışçı da öldürülüb.


Telegram kanalımız
Seçilən
17
1
yenisabah.az

2Mənbələr