İran xarici işlər nazirinin müavini Məcidd Təxt-Rəvənçi ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Amerika və İsraillə danışıqlar aparılmasının mümkün olmadığını bəyan edib.
APA xəbər verir ki, Təxt-Rəvənçi bunu Almaniyanın "ARD" telekanalına müsahibəsində bildirib
“Danışıqları davam etdirmək tamamilə mənasızdır”, – diplomat qeyd edib.
O, İrana qarşı zərbələr fonunda ölkəsinin ABŞ və İsraillə təmas qurmaq niyyətində olmadığını vurğulayıb.
Diplomatın sözlərinə görə, İran “danışıqlar naminə danışıqlar” istəmir.
Eyni zamanda, o bildirib ki, İran Ordusu nə etməli olduğunu çox yaxşı bilir.