AZ

SEPAH-ın üç əsgər məhv edildi

İsrailin İrana hücumları nəticəsində Zəncan vilayətində 3 əsgər həlak olub. Tasnim Xəbər Agentliyinin verdiyi xəbərə görə, məsələ ilə bağlı İnqilab Keşikçiləri Ordusundan (SEPAH) yazılı açıqlama verilib.

Bildirilib ki, bu gün günorta saatlarında İsrailin Zəncan vilayətinə hücumu zamanı SEPAH-ın əsgərləri Məcid Kasemi, Məhəmməd Rza Feruqirad və Əli Turi həyatını itirib.

Digər tərəfdən, Şərqi Azərbaycan (Təbriz) Böhran İdarəetmə Baş direktoru Məcid Fərşi, İsrailin 13 iyunda başlayan hücumlarından bu yana 52 nəfərin həyatını itirdiyini bildirib.

Fərşi, “Bu gün səhər Təbriz şəhərinin 4 fərqli nöqtəsində hücumlar həyata keçirilib. Bu hücumlardan üçü şəhər ətrafında, biri isə hərbi bölgədə həyata keçirilib” dedi.

Fars Xəbər Agentliyinin məlumatına görə, İsrail bu gün 10 şəhərdə müxtəlif məntəqələrə hücum edib.

İndiyədək hücuma məruz qalan şəhərlər arasında Təbriz, Əhvaz, Qum, Şahrud, İsfahan, Kirmanşah, Buşehr, Qəzvin, Semnan və Yəzd var.

Qeyd edək ki, Azərbaycanın dövlət rəsmiləri Güney Azərbaycan şəhərlərində infrastrukturun, tarixi abidələrin və sakinlərin qorunması üçün İsrail hökumətinə iki dəfə müraciət edib. Qarşı tərəf hücumlar zamanı diqqətli olacağına söz verib.

Seçilən
23
vaxt.az

1Mənbələr