AZ

“Barselona” Levandovskinin əvəzini tapmaqda çətinlik çəkməyəcək"

“Barselona”nın idman direktoru Deku hücumçu Robert Levandovskinin əvəzlənməsi ilə bağlı narahatlıq keçirmədiyini bildirib.

90deqiqe.Az-ın "La Vanguardia”ya istinadən yaydığı məlumata görə, klub rəsmisi qeyd edib ki, mövsümün sonunda 37 yaşı tamam olacaq polşalı forvardın yerini doldurmaq üçün alternativlər mövcuddur:

“Levandovskiyə əvəz? Bu məni narahat etmir. Ferran Torres hazırda “doqquz nömrə” kimi önəmli fiqura çevrilməkdədir. Dani Olmonu da “yalançı doqquz” kimi oynada bilərik. Əgər Nikо Uilyams və ya Luis Diasdan biri komandamıza qoşularsa, sabit mərkəz hücumçusuz da oynaya bilərik. Bu, bizim üçün problem deyil. Levandovskinin əvəzini tapmaq fikrinə qapanmaq düzgün olmaz”.

Qeyd edək ki, Robert Levandovskinin “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Kataloniya klubu isə növbəti mövsümə hazırlıqlara iyulun ortalarında start verəcək.

Seçilən
10
90deqiqe.az

1Mənbələr