"Qalatasaray"ın və Nigeriya millisinin hücumçusu Viktor Osimhen Nigeriyadakı çətin uşaqlığından danışıb.
Fanat.Az xəbər verir ki, futbolçunun dediklərini "Tuttosport" belə çatdırıb:
"Mən Afrikanın ən böyük zibilliklərindən birində böyümüşəm. Biz zibilliyə paltar və yeməyə bir şey tapmaq üçün gedirdik - hətta yeməyin vaxtı bitmiş olsa belə.
Evdə qardaşlarımla bir otaqda idim, yeddi nəfər idik. Yaşadığım yerin 99 faizində işıq yox idi. Bütün günü küçədə idik – mən çörək, su, qardaşlarım isə qəzet satırdılar.
Hazırda mənim üçün ən vacib şey oyanmaq və valideynlərimin başlarının üstündə bir dam olmaqdır".
Qeyd edək ki, forvard 2024-cü ilin sentyabrından icarə əsasında "Qalatasaray"da çıxış edir və müqaviləsi "Napoli"yə məxsusdur.
Nigeriyalı ötən mövsüm 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa