İran Parlamenti Hörmüz boğazının bağlanmasına qərar verib.
Publika.az xəbər verir ki, bu barədə Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmail Kosəri açıqlama verib.
Qeyd olunub ki, qərar hələ də İran Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməlidir.
Xatırladaq ki, İran Müdafiə Nazirliyi daha əvvəl boğazın bağlana biləcəyini bildirmişdi.
Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Şimalda İran, cənubda Oman və BƏƏ ilə həmsərhəddir.
Hörmüz boğazı Fars körfəzi ilə Oman dənizi arasında strateji keçiddir və dünyanın ən mühüm gəmiçilik yollarından biridir.
Hər gün 21 milyon bareldən çox neft və mayeləşdirilmiş təbii qaz ixracının təxminən üçdə biri boğazdan keçir.