AZ

İƏT Yaxın Şərq böhranı üzrə təmas qrupu yaradır

ain.az bildirir, Oxu.az portalına istinadən.

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri İsrailin regionda sabitliyi pozan siyasətini pisləyib və gərginliyin azaldılması istiqamətində işləmək üçün nazirlər səviyyəsində təmas qrupunun yaradılması barədə qərar qəbul ediblər.

Oxu.Az xəbərinə görə, bu barədə İƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-22-də Türkiyədə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş İstanbul Bəyannaməsində deyilir.

Xarici işlər nazirləri BMT-nin Fələstin üzrə Beynəlxalq Konfransının mümkün qədər tez baş tutmasına çağırıblar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
oxu.az

1Mənbələr