Almaniyanın “Bavariya” klubu yay transfer dönəmində vinger mövqeyinin gücləndirilməsinə xüsusi önəm verir.
90deqiqe.Az-ın "Bild"ə istinadən yaydığı məlumata görə, Münhen təmsilçisi “Liverpul”un iki hücumçusu – Kodi Gakpo və Luis Diasın xidmətlərində maraqlıdır.
Bu məlumat daha əvvəl “Bavariya”nın “Atletik Bilbao”nun futbolçusu Niko Uilyamsla maraqlandığı xəbərlərindən sonra gündəmə gəlib. Qeyd olunur ki, Uilyams “Barselona”ya keçməyə daha meyllidir.
“Transfermarkt” portalının məlumatına əsasən, həm 26 yaşlı Gakpo, həm də 28 yaşlı Diasın bazar dəyəri 70 milyon avrodur. “Bavariya” hər iki futbolçunun çıxışını yaxından izləyir.
Bildirilir ki, klub yüksək səviyyəli cinah oyunçusu transferinə üstünlük verir və bu istiqamətdə struktur dəyişikliklərinə hazırdır. Yetərincə cəlbedici təklif olacağı təqdirdə, Gakpo və Dias transfer siyahısında ön plana keçə bilər.