Müsəlman ölkələri İsrailə qarşı çəkindirici tədbirlər görməlidir.
Operativ Media xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bəyanatında deyilir.
Bundan əlavə, təşkilata üzv dövlətlər ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarını pisləməklə yanaşı, gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Təşkilat həmçinin gərginliyin azaldılması səylərini dəstəkləmək üçün beynəlxalq və regional tərəflərlə müntəzəm əlaqələr qurmaq məqsədilə nazirlərdən ibarət kontakt qrupun yaradılacağını açıqlayıb.