Keçmiş dünya birincisi, “Böyük Dəbilqə” turnirlərinin altıqat qalibi Boris Bekker Almaniyanın Halle şəhərində keçirilən ATP-500 kateqoriyalı turnirin qalibinə kuboku təqdim edib.
90deqiqe.Az xəbər verir ki, bu ada Qazaxıstan təmsilçisi Aleksandr Bublik sahib çıxıb. O, final görüşündə ATP reytinqində 11-ci yerdə qərarlaşan rusiyalı Daniil Medvedevi 6:3, 7:6 (7:4) hesabı ilə məğlub edib.
Qeyd edək ki, Bublik karyerasında ilk dəfə Medvedev üzərində qələbə qazanıb. Əvvəlki altı qarşılaşmanın hamısında qalib rusiyalı olmuşdu. Halle turnirindəki bu çempionluq Bublikin karyerasında beşinci, 2025-ci il mövsümündə isə ilk tituludur.
Yarış 16–22 iyun tarixlərində keçirilib və ümumi mükafat fondu 2 milyon 522 min 220 avro təşkil edib. Turnirin ötənilki qalibi italiyalı tennisçi Yannik Sinner idi. O, bu il ikinci mərhələdə Aleksandr Bublika məğlub olub.