AZ

“Qarabağ”ın yeni transferi kimdi? - detallar

Azərbaycan çempionu “Qarabağ” ikinci transferini reallaşdırıb. Ağdam təmsilçisi Pedro Pikalyo ilə anlaşıb. Futbolçu ilə 3+1 illik müqavilə bağlayan “köhlən atlar” Pikalyonu Patrik Andradenin yerinə - dayaq yarımmüdafiəsinə transfer edib.

Braziliyalı yarımmüdəfiəçi 1.78 boya malikdi, 24 yaşı var. Karyerası boyu üç titul qazanmış Pikalyo sonuncu klubu “Alverka”da mütəmadi olaraq oynayıb. 34 oyunlu çempionatda 33 oyuna çıxan futbolçu iki qolla da yadda qalıb. Ortalama hesabla, dörd oyundan bir sarı vərəqə alır. Dayaq yarımmüdafiəçisi üçün mənfi göstərici kimi hesab olunmamalıdı.

Boyuna görə çəkisi artıqdı, amma mövsümün başlamasına hələ ki var. İntensiv fərdi və komanda şəklində olacaq məşqlərdən sonra Pedro Pikalyo formaya düşə bilər.

Qeyd edək ki, “Qarabağ”ın digər transferi də braziliyalıdı. “Köhlən atlar” sağ cinah müdafiəsi mövqeyinə Dani Boltla müqavilə imzalayıb.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
6
football-plus.az

1Mənbələr