AZ

Flik Yamala məsləhətlər verdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik gənc yaşdan ulduzu parlayan və indidən dünyanın ən yaxşı futbolçularından birinə çevrilən Lamin Yamal, eləcə də Pedri haqda açıqlamalar verib. A

"Football-plus.az" xəbər verir ki, almaniyalı mütəxəssis Yamala məsləhətlər verərək bunları deyib:
“Tez-tez deyirəm ki, Yamal əsl dahidi. Ən əsası onun cəmi 17 yaşı var və hamımız ona yardım etməliyik. Hələ ki onun üçün hər şey yaxşı məcrada davam edir. Amma Yamal qarşıdakı 15 ildə ən yüksək səviyyədə qalmaq istəyirsə, təkcə üzərində yaxşı çalışmaqla kifayətlənməməlidi. Eyni zamanda psixoloji cəhətdən də bu uzun və çətin yola hazır olmalıdı. Yamal ağıllı oğlandı. Futboldan təkcə zövq almaq yetərli deyil. Həm də çoxlu işləmək lazımdı. Onun kimi istedada malik olan futbolçular bunu mütləq anlamalıdı. Komandada ona örnək ola biləcək çox isim var. Bunlardan biri də Rafinyadı. Özü də Rafinya Yamala çox güvənir. Pedrinin oyununu izləmək isə adama böyük zövq verir. Topla inanılmaz hərəkətlər edir. Belə futbolçuya malik olduğumuza görə sevincliyik. Özü də cəmi 22 yaşı var. Qarşıdakı illərdə komandanın liderlərindən birinə çevriləcək”.
Seçilən
16
1
football-plus.az

2Mənbələr