Rusiya millisinin sabiq üzvü Georgi Cikiya karyerasını Azərbaycanda davam etdirməyəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa klublarımızdan təklif almış 31 yaşlı müdafiəçi Türkiyədə oynamaq qərarına gəlib.
“Ximki”dən ayrılan Cikiya “Antalyaspor”la anlaşıb. O, qarşıdakı mövsümü Türkiyə klubunda keçirəcək.
Təcrübəli futbolçu karyerası ərzində “Spartak”(Nalçik), “Amkar”, “Spartak”(Moskva), “Ximki” klublarında oynayıb.
saytlarin hazirlanmasi