Tramp administrasiyası diplomatiyaya xəyanət etdi.
Operativ Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi CNN-ə bildirib.
"Onlar diplomatiyadan danışa bilməzlər, çünki diplomatiyaya xəyanət etdilər”, - Bəqayi deyib.
Bununla belə, İran XİN rəsmisi diplomatiya imkanlarının heç vaxt tükənmədiyini əlavə edib.
"Heç kim bilmir bundan sonra nə olacaq, amma bir şey dəqiqdir ki, Amerika Birləşmiş Ştatları və İsrail bu müharibənin nəticələrinə görə məsuliyyəti daşımalıdır", - o söyləyib.