AZ

"Napoli" Osimhenin transferi üçün "Liverpul"dan iki futbolçu və əlavə pul istəyib

"Napoli"nin prezidenti Aurelio De Laurentiis hücumçu Viktor Osimhenin transferi üçün "Liverpul" klubundan iki futbolçu və əlavə maliyyə tələbi irəli sürüb.

90deqiqe.Az "Topskills Sports"a istinadən xəbər verir ki, Neapol təmsilçisi nigeriyalı futbolçunun müqabilində Darvin Nunyes və Federiko Kyezanın transferini, üstəlik 20 milyon avro təzminat tələb edib.

Bildirilib ki, "Liverpul" bu təklifi rədd edib. Klub rəhbərliyi düşünür ki, yalnız Darvin Nunyesin özü belə Oşimhenin transfer dəyərini ödəməyə kifayət edər. Mersisayd təmsilçisi həmçinin Oşimhenin müqaviləsində göstərilən 75 milyon avroluq sərbəstqalma məbləğini ödəmək niyyətində deyil.

Qeyd edək ki, nigeriyalı hücumçunu daha əvvəl "Qalatasaray" da heyətinə qatmaq istəmişdi.

Seçilən
8
90deqiqe.az

1Mənbələr