AZ

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi oldu bağlanış mərasimi oldu

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, bağlanış mərasimi Qarabağın incisi olan Ağdamdakı Muğam Mərkəzində baş tutub. 

Qeyd edək ki, Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədi daşıyan ənənəvi festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Builki festivala Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə – ümumilikdə 25-dən çox ölkədən 200-dən artıq ifaçı, tədqiqatçı və qonaq qatılıb.

Seçilən
3
1
unikal.az

2Mənbələr