AZ

Azərbaycan ABŞ-ın İrana hücumundan "dərin narahatdır"

Azərbaycan vəziyyətin daha da gərginləşməsindən dərin narahatdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatlarının İrandakı nüvə obyektlərini hədəfə alan hücumundan sonra bildirib.

XİN bildiirb ki, bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb.

Azərbaycan tərəfləri problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə səsləyib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Professor Jim Smit deyir ki, İrandakı nüvə obyektlərinə zərbələr uzağa yayılmayacaq və risk əsasən obyektin yaxınlığında olanlar üçündür.

O izah edir ki, uran zənginləşdirmə müəssisəlrində təhülkəli nüvə reaksiyası baş vermir.

BBC-nin elm redaktoru Rebekka Morelle-yə görə də bu partlayışlar Fukusima və ya Çernobılda baş vermiş nüvə elektrik stansiyası fəlakətləri səviyyəsində deyil.

Zənginləşdirmədə istifadə olunan bəzi kimyəvi maddələr isə ətraf mühit üçün zərərli ola bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyi isə hücumlardan sonra obyekt xaricində radiasiya səviyyəsində artım qeydə alınmadığını bildirib.

Videonu YouTube kanalımızdan izləyin.

Seçilən
8
bbc.com

1Mənbələr