Tehranda ABŞ-ın İran ərazisinə hərbi zərbələrinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, yerli media İran prezidenti Məsud Pezeşkianın da Tehranın İnqilab meydanında keçirilən tələbələrin mitinqinə qatıldığını yazıb.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ hərbçiləri İranın nüvə proqramının üç obyektinə - Fordo, Natanz və İsfahanda hava zərbələri endirib. ABŞ prezidenti Donald Tramp xalqa müraciətində Tehranın əsas uranın zənginləşdirilməsi obyektlərinin məhv edildiyini bildirib. İran rəsmiləri hücumu təsdiqləyərək bunun "uzunmüddətli nəticələri olacağını" bildiriblər.