Səviyyəli bir mərkəz hücumçusu axtarışını davam etdirən ''Beşiktaş'' diqqətini Vedat Muriqiyə yönəldib.
Kosovolu forvard La Liqa təmsilçisi ''Malyorka''nın əsas qol silahlarından biridi. Semih Kılıçsoy və Çiro İmmobilenin bu yay ayrılmaq ehtimalı olduğunu nəzərə alsaq ''qartal'' rəhbərliyi ən azı iki hücumçu almağı planlaşdırır. Onlardan biri Türkiyə futbolunu yaxından tanıyan isim olacaq. Muriqi bu şərtə uyğun gəlir.
Bilindiyi kimi bu forvardın ulduzu Türkiyədə ''Çaykur Rizəspor''da parlamış və o, daha sonra 2019/20-ni ''Fənərbaxça''da keçirmişdi. Onun ''Latsio''ya transferi bonus və sonrakı satışdan pay da daxil olmaqla ''sarı-lacivərdlilər''ə ümumilikdə 21 milyon avro qazandırmışdı. Türkiyənin ''Axşam'' nəşrinin iddiasına görə ''ağ-qaralar'' ''Malyorka''ya 5 milyon avro təklif edib. 31 yaşlı futbolçu daha öncə verdiyi açıqlamalarda Türkiyəyə qayıtmağın əleyhinə olmadığını bildirmişdi. Ona görə də bu transferin baş tutma ehtimalı az deyil.
2022-nin yanvarından ''Malyorka''nın şərəfini qoruyan Muriqi indiyə qədər bu klubda 118 oyunda 35 qol, 11 məhsuldar ötürmə ilə fərqlənib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta