''Fənərbaxça''dan ayrıldıqdan sonra sabiq klubu ''Ayaks''a qayıtması gündəmdə olan Duşan Tadiçlə bağlı problem yaranıb. Əslində Amsterdam nəhəngi bu yay Tadiçlə yanaşı digər sabiq təcrübəli futbolçusu Deyli Blindi də qaytarmaq niyyətində idi. Amma ESPN-in məlumatına görə bu futbolçuların mümkün qayıdışı həm rəhbərlik səviyyəsində, həm də fanatlar arasında birmənalı qarşılanmır. Onların qayıdışını dəstəkləyənlər qədər dəstəkləməyənlər də var. Çünki ''Ayaks'' əsasən gənc və istedadlı futbolçuların transferi ilə tanınır. Elə bu yay da ''yəhudilər''in strategiyasına uyğun olaraq 23-28 yaş arası futbolçulara üstünlük veriləcəyi gözlənilirdi. Normal şərtlərdə 36 yaşlı Tadiç ilə 35 yaşlı Blindin keçidi artıq açıqlanmalı idi. Amma rəhbərlik fanatların bu transferlərə münasibətini nəzərə alaraq bir qədər də gözləməyi lazım bilib. Qeyd edək ki, Tadiç ''Ayaks''da 5 mövsüm (2018-23) keçirərək 241 oyun, 105 goal, 112 məhsuldar ötürməlik mükəmməl performans sərgiləyib. ''Ayaks''ın öz yetirməsi olan Blind isə klubda iki fərqli dönəmdə ümumilikdə 333 rəsmi oyuna çıxaraq aktivinə 32 qol, 13 məhsuldar ötürmə yazıb. Tadiç bilindiyi kimi son iki ildə ''Fənərbaxça''nın şərəfini qorumuşdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta