AZ

Azərbaycan cüdoçuları Avropa Kubokunda 5 medal qazandılar

Almaniyanın paytaxtı Berlində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.

Operativ Media xəbər verir ki, yarışın ilk günündə milli komandamız aktivinə 3 gümüş və 2 bürünc olmaqla 5 medal yazdırıb.

Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq) və Əbil Yusubov (-73 kq) gümüş medal qazanıblar. Nizami İmranov (-66 kq) ilə Mehdi Cəfərov (-73 kq) isə bürünc medala yiyələniblər.

Turnirdə ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunur.

Seçilən
6
7
operativmedia.az

10Mənbələr