"Çelsi" klubu "Milan"ın qapıçısı Mayk Menyanın transferindən rəsmən geri çəkilib.
90deqiqe.Az xəbər verir ki, London klubu ilə "Milan" arasında danışıqlar 12 gün əvvəl dayandırılıb və bu müddət ərzində "Çelsi" fransalı qolkiperlə bağlı marağını yeniləməyib. Klub hazırkı qapıçı heyətinə güvəndiyini düşünür və bu mövqeyə yeni transfer planlaşdırmır.
Mayk Menyan 2024/25 mövsümündə bütün turnirlərdə 53 matçda meydana çıxıb, 59 qol buraxıb və 15 oyunda qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” portalı 28 yaşlı qolkiperin dəyərini 25 milyon avro olaraq qiymətləndirir.