"Qalatasaray" futbol komandasının 5 ulduzlu forması Belçikanın paytaxtı Brüsselin simvolu sayılan 406 illik Manneken Pis heykəlinə geyindirələcək.
Sherg.az xəbər verir ki, klubun məlumatına görə, 25-ci çempionluğu simvolizə edən bu xüsusi forma, Belçika mədəni irsinə daxil olan və indiyə qədər 1100-dən çox geyim dəyişmiş heykəli bəzəyəcək. Manneken Pis daha əvvəl yalnız Brüsselin yerli komandası "Anderlext"in formasını geyinmişdi. "Qalatasaray" bu ənənəyə qoşulan ilk türk klubu olacaq.

Tədbir 24 iyun çərşənbə axşamı, Bakı vaxtı ilə saat 15:00-da Brüsselin mərkəzi Grand Place meydanında keçiriləcək. Mərasimdə Brüssel Regional Hökumətinin rəhbəri Rudi Vervoort və şəhər meri Philippe Close da iştirak edəcək.