AZ

İngilis mediasından sərt iddia: “Tramp Netanyahunun tələsinə düşdü”

ABŞ Yaxın Şərqdəki gərginliyi daha da artıraraq, İranla genişmiqyaslı qarşıdurmaya zəmin yarada bilər

"The Guardian" qəzeti yazır ki, ABŞ-nin bir həftə ərzində İrana hücum qərarı verməsi Trampın da əvvəlki prezidentlər kimi Netanyahunun təsiri altına düşdüyünü göstərir. 

Sherg.az xəbər verir ki, Prezident Trampın göstərişi ilə İranın üç nüvə obyektinə hücum edilməsi Vaşinqtonu faktiki olaraq İsrailin tərəfində müharibəyə sürükləyib.

Qəzet qeyd edir ki, Tramp əvvəlcə Netanyahuya qarşı dayanacaq kimi görünürdü, lakin indi onunla əməkdaşlığa girərək ABŞ-ni yeni müharibə riskinə atıb. Tramp əvvəl seçicilərinə xarici münaqişələrdən uzaq qalacağına söz vermişdi, amma indi bu vədindən geri çəkildiyi müşahidə olunur.

Nəticədə, ABŞ Yaxın Şərqdəki gərginliyi daha da artıraraq, İranla genişmiqyaslı qarşıdurmaya zəmin yarada bilər. Məqalədə həmçinin qeyd olunur ki, İsrailin Baş naziri Netanyahu Trampın hücum qərarını alqışlayıb və bu, bölgədə ABŞ-İsrail ittifaqının daha da güclənməsinə səbəb olub.
Seçilən
5
1
sherg.az

2Mənbələr