AZ

"Yuventus" Konseysao ilə bağlı qərar verib

“Yuventus” cinah hücumçusu Fransişku Konsesaunu hüquqlarını alacaq.

90deqiqe.Az “Record” nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisi 22 yaşlı futbolçunun transferi üçün “Portu” klubuna 30 milyon avro təzminat ödəməyə hazırdır. “Yuventus” portuqaliyalı ilə uzunmüddətli müqavilə imzalayacaq.

Qeyd edək ki, Fransişku Konsesau 2023/24 mövsümünü “Yuventus”da icarə əsasında keçirib. O, A Seriyasında 26 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
9
90deqiqe.az

1Mənbələr