AZ

İran Hörmüz boğazını bağlayarsa...

Oman körfəzi ilə Fars körfəzi arasında strateji cəhətdən xüsusi əhəmiyyətli daşıyan Hörmüz boğazını İran bağlaya bilərmi? Qərb analitikləri bunun mümkün olduğunu yazırlar. Hörmüz boğazını bağlamaq üçün İran 55 km.liksahəyə mina döşəməlidir. Dünyada satılan neftin 20 faizi bu boğazdan keçir. Hazırda neftin qiyməti 10 faiz qalxaraq 77 dollar olub. Hörmüz boğazı bağlansa, neftin qiymətində sıçrayış qeydə alına bilər...

Mən isə əminəm ki, İran Hörmüz boğazını bağlaya bilməyəcək. Çünki buna gücü çatmayacaq. Hörmüz boğazı bağlanacağı təqdirdə İrana olan hücumların sayı və sanbalı artacaq...

Tarixdən bəllidir ki, İran bir neçə dəfə Hörmüz boğazını bağlamağa cəhd edib. Ancaq heç vaxt buna nail ola bilməyib. Buna baxmayaraq neft daşınmasında fasilə yaranıb. Məsələn, 1980-ci illərdə İran-İraq müharibəsi zamanı hər iki tərəf Körfəzdə “Tanker Müharibəsi” adlanan müharibə aparıb. İraq İran gəmilərini hədəf alırdı. İran Səudiyyə və Küveyt neft tankerləri və hətta ABŞ donanmasının gəmiləri də daxil olmaqla ticarət gəmilərinə hücum edirdi.

Küveytin müraciətindən sonra o zamankı ABŞ Prezident Ronald Reyqan 1987-1988-ci illər arasında hərbi dəniz qüvvələrini Earnest Will əməliyyatı kimi tanınan neft tankerlərinin karvanlarını qorumaq üçün əraziyə göndərdi. O vaxt ABŞ donanması 655 saylı Air Iran reysini vurdu və təyyarənin göyərtəsində olan 290 sərnişinin hamısı həlak oldu.

Boğazda gərginlik 2007-ci ilin sonunda İran və ABŞ donanmaları arasında bir sıra atışmalarda yenidən alovlandı. Ancaq qarşıdurma tez başa çatdı.

Seçilən
5
50
aznews.az

10Mənbələr