AZ

Türkiyədə 108 mənzilli yaşayış kompleksi inşa ediləcək

BAKI, TurkicWorld

İran artıq 20 ildən çoxdur ki, nüvə proqramının dinc məqsədlər daşıdığını sübut etməyə çalışır və ona qarşı irəli sürülən ədalətsiz ittihamlar səbəbilə niyə hücuma məruz qalmalı olduğunu anlamır.

TurkicWorld xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçi İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər görüşündə çıxış edərək bildirib.

“Biz başa düşə bilmirik ki, nə üçün İran hücuma məruz qalmalıdır? İran niyə ədalətsiz ittihamın bədəlini ödəməlidir? Biz artıq 20 ildir ki, proqramımızın dinc xarakter daşıdığını sübut etməyə çalışırıq. Saziş imzalandı, bütün dünya bizi təbrik etdi. ABŞ həmin sazişdən çıxdı. Biz yenidən danışıqlar apardıq və indi onlar bizə hücum etməyi qərara aldılar. Əvvəlcə İsraildən istifadə etdilər, indi isə birbaşa özləri hücum edirlər və bizi yeni hücumlarla hədələyirlər” - deyə, Araqçi vurğulayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Seçilən
4
turkic.world

1Mənbələr