AZ

Jurnalist Fatih Altaylı həbs edildi

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə tanınmış jurnalist Fatih Altaylı həbs edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə bu gün məhkəmə qərar verib.

Jurnalist Prezidenti təhdid etməkdə ittiham olunur.

***

21 iyun, saat 23.11

Türkiyədə jurnalist Fatih Altaylı saxlanılıb

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda onun həyat yoldaşı Hande Altaylı məlumat yayıb.

Fatih Altaylının bu gün axşam saatlarında İstanbulun Şişli rayonundakı evində saxlanıldığı bildirilir.

İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb.

O, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti hədələmək” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.

“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun həbsi ilə bağlı göstəriş verilib”, - prokurorluğun açıqlamasında deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
10
lent.az

10Mənbələr