AZ

Xərçəngə səbəb ola bilən vitaminlər: ARAŞDIRMA

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı həkimlər müəyyən vitaminlərin istifadəsi ilə ağciyər xərçəngi riskinin artması arasında əlaqə aşkar ediblər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Ohayo Dövlət Universitetinin dosenti Teodor Braski hesab edir ki, B6 və B12 vitaminləri ağciyər xərçənginə səbəb ola bilər.

Məlumdur ki, B vitaminləri artan yorğunluq, görmə pozğunluğu, depressiya və sinir sistemi pozğunluqlarına kömək edir. Ancaq araşdırmaçıların qeyd etdiyi kimi, onlar xərçəngə səbəb ola bilər.

Alimlər bu qənaətə necə gəliblər? Teodor Braskinin sözlərinə görə, alimlər 77 min insanın məlumatlarını təhlil edərək belə nəticəyə gəliblər ki, ağciyər xərçənginə tutulma riski B12 istehlakına görə 30 faiz, B6 istehlakına görə isə 4 mikro faiz artıb. 

“Bu, B qrupunun vitaminlərini qəbul etməyən kişilərlə müqayisədə 98 faiz yüksəkdir”, - alim tədqiqatın nəticələri barədə deyib.

Ekspert qeyd edib ki, bu vitamin əlavələrini qəbul edənlərin xərçəngə tutulma ehtimalı iki dəfə, siqaret çəkənlərin isə üç, hətta dörd dəfə çox olur. Buna görə də, onlar kişi siqaret çəkənlər üçün xüsusilə təhlükəlidir.

Xatırladırıq ki, ağciyər xərçəngi uzun müddət əlamətsiz ola bilər. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
10
lent.az

10Mənbələr