"Football-plus.az" xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi ''Neom''da çıxış edən 34 yaşlı seneqallı hücumçu Türkiyə çempionatında hələ də ən önəmli rekordlardan birinin özünə məxsus olduğunu xatırladıb:
''Qalatasaray''ı böyük maraqla təqib edirəm. Xüsusilə orda mənim kimi afrikalı olan Osimheni izləməkdən böyük zövq aldım. O, qol vurduqca çox sevinirdim. Həqiqətən də əla məhsuldarlıq sərgilədi və çoxlu qollar vurdu. Amma unutmayın ki, superliqada bir mövsümə ən çox qol vuran əcnəbi futbolçu rekordu mənə məxsusdu''.
Osimhen geridə qoyduğumuz mövsümdə 37 dəfə fərqlənərək çox mühüm göstəriciyə nail oldu. O, həm ''Qalatasaray'', həm də Türkiyə futbolu tarixində bir mövsümdə rəsmi oyunlarda ən çox qol vuran əcnəbi futbolçuya çevrildi. Amma bu qollardan yalnız 26-sı superliqaya təsadüf etdi. Bu turnirdə isə bir mövsümə ən çox qol vuran əcnəbi futbolçu məhz Dianyedi. Seneqallı 2018/19-u 20-si ''Kasımpaşa'', 10-u ''Qalatasaray''da olmaqla 30 qolla tamamlamışdı. Ümumilikdə o, ''sarı-qırmızılar''da 62 oyuna çıxaraq 26 qol vurub.