AZ

ABŞ-nin İrana zərbələri zamanı hansı təyyarələrdən istifadə edilib?

İrana qarşı həyata keçirilən zərbələrdə əsas hücum qüvvəsi kimi 7 ədəd "B-2 Spirit" döyüş təyyarələrindən istifadə olunub.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

"Bir təyyarədə iki nəfər ekipaj üzvü olub",- məlumatda deyilir.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin bombardmançıları İranın üç əsas nüvə obyektinə zərbələr endirib.

ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə yeni hücumlarla hədələyib.

İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib.

Seçilən
2
operativmedia.az

1Mənbələr