AZ

İran Parlamenti Hörmüz boğazının bağlanmasını dəstəkləyib

İran Parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qanun layihəsini dəstəkləyib.

Operativ Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

"Parlament Hörmüz boğazının bağlanmasının zəruri olduğu qənaətinə gəlib. Lakin bu məsələ ilə bağlı son qərarı ölkənin Ali Milli Təhlükəsizlik Şurası verəcək", - məlumatda deyilir.

Qeyd edək ki, qlobal neft tədarükünün təxminən 20%-i, gündə təxminən 17-18 milyon barrel neft məhz bu boğazdan keçir.

Seçilən
3
operativmedia.az

1Mənbələr