Bakı. Trend:
İran paytaxtı Tehranda metro və avtobuslar 1 həftə müddətinəpulsuz xidmət göstərəcək.
Trend-inməlumatına görə, bununla əlaqədar Tehran Şəhər Şurası bu gün qərarverib.
Qərara əsasən, həmçinin Tehran şəhərində izdihamlı küçələrəavtomobillərin girişinə məhdudiyyət tətbiq olunmayacaq.
Vətəndaşlar həmin izdihamlı küçələrə avtomobillə daxil olduğuhalda əlavə xərc və yaxud cərimə ödəməyəcək.
Qeyd edək ki, İsrailin İrana 13 iyundan başlayaraq hərbi havahücumları nəticəsində əhalinin şəhərlərdən əsasən də Tehranşəhərindən uzaqlaşması ilə bağlı məlumatlar yayılır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.