AZ

Orkun Kökçü məşqçisi ilə yaşadığı qalmaqaldan danışdı

''Benfika''nın şərəfini qoruyan Orkun Kökçü Klublararası Dünya Çempionatında baş məşqçi Bruno Laje ilə yaşadığı qalmaqalla bağlı açıqlamalar verib.

Türkiyə yığmasının üzvü qrupun 2-ci oyununda ''Benfika''nın ''Oklend Siti''ni 6:0 məğlub etdiyi qarşılaşmanın 61-ci dəqiqəsində əvəzlənərkən baş məşqçi ilə aralarında ciddi bir mübahisə yaşanmışdı. Laje hətta oyunçusuna əli ilə ''sus'' işarəsini göstərmişdi. Bu olay və ortaya çıxan görüntülər sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu.

24 yaşlı futbolçu Portuqaliyanın DAZN kanalına açıqlamasında bunları deyib:
''Qalib gəlməyi sevən futbolçuyam. Komandam üçün hər zaman əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. Həmin anda düşünürdüm ki, komandaya bundan daha artığını verə bilərəm. Ancaq nəticə etibarilə belə qərarları baş məşqçi verir. Mən də komandanın bir üzvü kimi buna hörmətlə yanaşmalıyam. Bəzən meydanda özümə nəzarəti itirdiyim anlar olur. Bu da həmin anlardan biri idi. Futbolda belə şeylər olur. Hər halda bunu yaşayan nə ilk futbolçuyam, nə də sonuncu. Təbii ki, ortaya xoş bir görüntü çıxmadığının fərqindəyəm. ''Benfika'' kimi bir klubun futbolçusunun bu cür olayla gündəmə gəlməsi yaxşı hal deyil''.
Seçilən
4
1
football-plus.az

2Mənbələr