AZ

Niderland siqaretə rekord vergi tətbiq etdi

BAKI,TurkicWorld

Hollandiya hökuməti ölkədə siqaretdən istifadənin qarşısını almaq üçün tütün məhsullarına tətbiq edilən vergiləri əhəmiyyətli dərəcədə artırıb.

TurkicWorld xəbər verir ki, 2024-cü ildə siqaret qiymətləri 24 faiz, tütün isə 45 faiz bahalaşıb.

Bu tədbirlər nəticəsində siqaret istifadəçilərinin təxminən 7 faizi siqareti tam tərk edib, 22 faizi istifadəsini azaldıb, 14 faizi isə daha ucuz markalara keçib.

Lakin Hollandiya höküməti xəbərdarlıq edir ki, vergilərin artması ölkədə siqaretdən istifadəyə kifayət qədər təsir göstərmir, çünki tütün istifadəçiləri ucuz məhsul üçün kütləvi şəkildə sərhədləri keçərək xaricdən alış-veriş etməyə üstünlük verirlər.

Yeni araşdırmalara görə, siqaret alıcılarının təxminən 60 faizi tütün məhsullarını qonşu ölkələrdən alır. Bu göstərici 2023-cü ildə 40 faiz, 2020-ci ildə isə 30 faiz təşkil edirdi. Bu dinamika, xüsusilə əhali sıxlığı az olan və iqtisadi cəhətdən güclü ölkələrdə vergi siyasətinin effektivliyini sual altına alır.

Tütün vergiləri hara qədər işləyir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, tütün vergilərinin artırılması tütün məhsullarından istifadənin qarşısını almağın ən sürətli və effektiv yollarından biridir. ÜST bu sahədə vergi yükünün minimum 75 faiz olmasını tövsiyə edir.

Araşdırmalar göstərir ki, 2014–2020-ci illər arasında tütün vergiləri aşağı gəlirli ölkələrdə siqaret istifadəsində 9 faizlik azalma, lakin yüksək gəlirli ölkələrdə yalnız 6 faizlik azalma ilə nəticələnib.

Seçilən
7
turkic.world

1Mənbələr