AZ

Klublararası dünya çempionatı: “Mançester Siti” “Əl-Ayn”a qarşı

BAKI, 22 iyun. TELEQRAF

ABŞ-da təşkil olunan klublararası dünya çempionatında II turun son 4 oyunu keçiriləcək.

Teleqraf xəbər verir ki, qarşılaşmalar G və H qruplarında baş tutacaq.

G qrupunda II turun son əsas qarşılaşması İngiltərə təmsilçisi “Mançester Siti” və Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubu arasında baş tutacaq.

H qrupunda isə İspaniya “Real Madrid”i Meksikanın “Paçuka” klubu ilə üz-üzə gələcək.

Oyunların yarısı Bakı vaxtı ilə axşam, yarısı isə gecə saatlarında başlayacaq.

G qrupu
20:00, "Yuventus" (İtaliya) - "Vidad" (Mərakeş)
05:00, "Mançester Siti" (İngiltərə) - "Əl-Ayn" (BƏƏ).

Xal durumu: “Yuventus” - 3, “Mançester Siti” - 3, “Vidad” - 0, “Əl-Ayn” - 0.

H qrupu

23:00, "Real Madrid" (İspaniya) - "Paçuka" (Meksika)

02:00, "Zaltsburq" (Avstriya) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı).

Xal durumu: “Zaltsburq” - 3, “Real Madrid” - 1, “Əl-Hilal”- 1, “Paçuka”- 0.

Seçilən
93
22
teleqraf.com

6Mənbələr