AZ

Emin Ağalarov dünya ulduzlarını "Sea Breeze"ə gətirdi – Həbib və İslam Bakıda - VİDEO

 

Musavat.com xəbər verir ki, tanınmış iş adamı və musiqiçi Emin Ağalarov dünən öz Instagram hesabında dünya şöhrətli idmançılar – Həbib Nurməhəmmədov və İslam Mahaçev ilə çəkilmiş görüntülərini paylaşıb.

Videodan aydın olur ki, görüntülər Sea Breeze sahil kompleksində lentə alınıb.

Paylaşımdan da göründüyü kimi, UFC-nin sabiq çempionu Həbib və hazırkı ulduz İslam Mahaçev Emin Ağalarovla, onun əkizləri Əli və Mikayılla birlikdə əyləncəli və dostyana atmosferdə vaxt keçirirlər. Onlar Sea Breeze-ə məxsus daşınmaz əmlak layihələrindən birində olublar, orada təqdim olunan maketləri izləyiblər, verilən məlumatları dinləyiblər və qonaqlarla söhbət ediblər.
Musavat.com xatırladır ki, iyunun 21-də Bakının məşhur Baku Crystal Hall arenasında ilk dəfə UFC turniri keçirilib. Bu möhtəşəm idman hadisəsi dünyanın diqqətini Azərbaycana çəkib. Turnirdə UFC-nin canlı əfsanələri, keçmiş yüngül çəkili çempion Həbib Nurməhəmmədov və hazırkı çempion İslam Mahaçev də fəal şəkildə iştirak ediblər. Onlar həm tədbirin fəxri qonaqları, həm də media diqqətinin mərkəzində olublar.

Anlaşılan budur ki, Bakıya səfərləri zamanı məşhur döyüşçülər tanınmış iş adamı və müğənni Emin Ağalarov tərəfindən qonaq edilib. Həbib və İslam Sea Breeze sahil kompleksində keçirilən özəl təqdimat mərasimində iştirak ediblər.

Musavat.com həmin videonu təqdim edir.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr