AZ

"Rosneft" CEO-su: Qızıl və kriptovalyutalara maraq artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Rosneft" CEO-su İqor Seçin: Qızıl və kriptovalyutalara maraq artır.

Banco.azxəbər verir ki, Rusiyanın aparıcı neft şirkətlərindən biri olan “Rosneft”in baş direktoru İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində keçirilən paneldə qlobal enerji bazarındakı prosesləri dəyərləndirib.

Seçin sıfır karbon emissiyası hədəfinə çatmaq səylərinin uğursuz olduğunu bildirib. Son on ildə enerji keçidi üçün 10 trilyon dollar xərclənməsinə baxmayaraq, günəş və külək enerjisinin qlobal enerji istehsalındakı payının cəmi 4 faiz bəndi artaraq 6 faizə çatdığını vurğulayıb. O əlavə edib ki, bu il bərpa olunan enerji mənbələrinə 2 trilyon dollar əlavə sərmayə qoyulması planlaşdırılır ki, bu da hazırda dünya enerji tələbatının 80 faizini təmin edən fosil yanacaqlara edilən sərmayənin təxminən iki qatıdır.

Seçin Qərb ölkələrində müdafiə sənayesi istehsalının artmasının nadir torpaq elementlərinə olan tələbatı sürətlə yüksəltdiyinə diqqət çəkib. O, bir F-35 döyüş təyyarəsinin istehsalı üçün 417 kiloqram nadir torpaq elementi tələb olunduğunu nümunə kimi göstərib. Bu resurslara çıxış uğrunda mübarizənin son illərdə sürətlənməsinin indiki şəraitdə təəccüblü olmadığını bildirib. Seçin həmçinin qeyd edib ki, Ukrayna son dörd ildə nadir torpaq elementləri sahəsində üç müxtəlif saziş imzalayıb və NATO ölkələrinin müdafiə xərclərini artırmasının bu ölkələrin iqtisadiyyatlarında çətinliklər yaradacağını irəli sürüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
6
1
banco.az

2Mənbələr