AZ

İran xarici işlər naziri Moskvaya səfər EDƏCƏK

İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Moskvaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bunu nazirin özü bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil olunacaq və müzakirə aparılacaq.

Araqçi deyib ki, İran son 2-3 ay ərzində ABŞ ilə dolayı müzakirələr prosesi haqda Rusiya və İranı müntəzəm şəkildə məlumatlandırıb. İran Rusiya ilə lazımi bütün məsələlər barədə məsləhətləşmə aparıb və öz mövqelərini koordinasiya edib. Rusiya keçmiş nüvə anlaşmasında (JCPOA) iştirak edən və İranla müzakirə aparan tərəflərdən biri hesab olunur.

İran xarici işlər naziri əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olaraq beynəlxalq proseslərdə önəmli rola sahib ölkədir.

“İran bilir ki, Rusiya Çin ilə əməkdaşlıq edərək İran əleyhinə düşmənçilik hərəkətlərinin qarşısının alınması məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə verməyə çalışır”, - deyə o qeyd edib.

Seçilən
41
34
unikal.az

10Mənbələr