AZ

ABŞ diplomatik prosesə zərbə vurub – İran xarici işlər naziri

Bakı. Trend:

ABŞ İranın nüvə proqramı ilə əlaqədar davam etdirilməkdə olandiplomatik prosesə zərbə vurub.

Trend-inməlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçibu gün İstanbulda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə əlaqədar ABŞ ilədolayı şəkildə müzakirələr apardığı halda, İran hücuma məruz qaldı.Belə ki, Birləşmiş Ştatlar dialoq istiqamətindən çıxaraq İsrailinİranın dinc məqsədli nüvə obyektlərinə hücumunu dəstəkləyib.

Araqçi bildirib ki, bu addımlar qarşı tərəfin diplomatiyatərəfdarı olmadığını və sadəcə hədə və güc dilindən anladığınıgöstərir. Bu isə dünya üçün çox təhlükəli və nigaranedicistrategiyadır.

İran xarici işlər naziri deyib ki, ABŞ-nin İrana hücumu əslindəBMT əsasnaməsini hədəf alıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, ötən gecə ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Seçilən
10
az.trend.az

1Mənbələr