AZ

Azərbaycanda ən çox hansı ölkələrin tələbələrinin oxuduğu açıqlanıb

Bakı.Trend:

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsilmüəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərəçatıb.

Trend DövlətStatistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinəistinadən xəbər verir ki, 2022-2023-cü tədris ilində bu rəqəm 6223,2023-2024-cü tədris ilində isə 6680 nəfər olub.

Məlumata əsasən, ən çox xarici tələbə Türkiyədən gəlir. Sontədris ilində Türkiyədən olan tələbələrin sayı 3477 nəfər təşkiledib. Ondan sonrakı yerləri İran (942 nəfər), Rusiya (794 nəfər),Hindistan (305 nəfər) və Suriya (148 nəfər) tutur.

Digər ölkələrdən gələn tələbələr arasında da artım müşahidəolunur. Məsələn, Özbəkistandan gələn tələbələrin sayı son üç ildə20 nəfərdən 38 nəfərə yüksəlib. Eyni zamanda, 2024-2025-ci tədrisilində Gürcüstandan gələn 68, Əfqanıstandan 43, Nigeriyadan 94nəfər tələbə ölkəmizdə ali təhsil alır.

Seçilən
16
7
az.trend.az

8Mənbələr