Bakı Kristal Zalda keçirilən UFC Döyüş Gecəsini izləyənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ailə üzvləri də olub. 

Offsideplus.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və ailə üzvləri də turniri canlı izləyiblər. 

Qeyd edək ki, gecənin əsas döyüşündə Camal Hill və Xalil Rauntri qarşılaşıb, X.Rauntri qələbə qazanıb. Azərbaycan təmsilçilərindən isə Rafael Fiziyev və Nazim Sadıxov qalib gəlib, Tofiq Musayev uduzub.