AZ

Daşkəsəndə 60 yaşlı kişi DÖYÜLDÜ

Daşkəsəndə döyülmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun dağlıq ərazisində yaylaqda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü T.Ələkbərov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, T.Ələkbərov yaylaqda tanıdığı şəxs tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
22
6
unikal.az

10Mənbələr