Azərbaycan və Rusiya Kinematoqrafçılar İttifaqlarının üzvü, Rusiyanın Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.
R.Dərgahzadə ömrünün 82-ci ilində dünyasını dəyişib.
Qeyd edək kİ, o, 1997-2005-ci illərdə Rusiya Kinematoqrafçılar İttifaqının Kino istehsalı və yayımı təşkilatçıları gildiyasının prezidenti olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
