AZ

Sabahın hava PROQNOZU

Bakı. Trend:

İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindənbildirilib.

Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi iləəvəz olunacaq.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq.Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununaenəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasənyağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabiryağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəleysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüzbəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti,dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.

Seçilən
4
49
az.trend.az

10Mənbələr