Ötən gün – iyunun 22-dən 23-nə keçən gecə tarixdə ilk dəfə Azərbaycanın paytaxtı Bakıda “UFC Fight Night” təşkil olunub.
Arena.az xəbər verir ki, Bakı Kristal Zalında keçirilmiş “UFC Fight Night” çərçivəsində 12 döyüş baş tutub.
Turnirdə Azərbaycan 3 döyüşçü ilə təmsil olunub. Tarixi gecədə ikinci ən vacib döyüş reytinq cədvəlinin 11-cisi olan Rafael Fiziyevlə çilili İqnasio Baxamondes arasında keçirilib və təmilçimiz hakimlərin yekdil qərarı qalib gəlib.
Digər təmsilçimiz Nazim Sadıxov braziliyalı Nikolas Motta ilə münasibətinə aydınlıq gətirib. Döyüşçümüz ikinci raundda texniki nokautla güclü rəqibini məğlub edib.
UFC-də debüt edən Tofiq Musayev isə azarkeşləri sevindirə bilməyib. O, kifayət qədər təcrübəli qırğız Mıktıbek Oralbaya uduzub.
“UFC Fight Night”ın əsas döyüşü isə keçmiş yarım ağır çəki çempionu Camal Hill ilə sabiq kəmər iddiaçısı Xalil Rauntri arasında baş tutub. Görüş Rauntrinin qələbəsi ilə yekunlaşıb.
“UFC Fight Night”
İlkin döyüşlər
Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) – Klaudiya Siqula (Polşa)
Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) – Oban Elliott (Uels)
Ağır çəki: Hamdi Abdel Vahab (Misir) – Muhammad Usman (Nigeriya)
Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) – Darya Jeleznyakova (Rusiya)
Orta çəki: İsmail Naurdiyev (Mərakeş) – Pak Çun Yon (Cənubi Koreya)
Super yüngül çəki: Taqir Ulanbekov (Rusiya) – Maksum Azat (Qazaxıstan)
Əsas döyüşlər
Yarım yüngül çəki: Muhammad Nayimov (12-3-0, Tacikistan) – Boqdan Qrad (15-2-0, Avstriya), Hakimlərin qərarı – 29:28, 29:28, 29:28
Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) – Nikolas Motta (15-5-0, Braziliya), Texniki nokaut, 2-ci raund
Yüngül çəki: Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan) – Tofiq Musayev (debütant, Azərbaycan), Ağrıdıcı fənd, 1-ci raund
Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) – Rizvan Kuniyev (12-2-1, Rusiya), Hakimlərin qərarı – 29:28, 29:28, 29:28
Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) – İqnasio Baxamondes (17-5-0, Çili), Hakimlərin qərarı – 30:27, 30:27, 30:27
Yarım ağır çəki: Xalil Rauntri Jr (14-6-0, ABŞ) – Camal Hill (12-3-0, ABŞ), Hakimlərin qərarı – 49:46, 50:45, 50:45